Türkiyədə “SOM-J” raketinin yeni sınağı | VİDEO

   Türkiyədə “SOM-J” raketinin yeni sınağı     | VİDEO
  14 Oktyabr 2025    Oxunub:710
Türkiyənin TÜBİTAK-SAGE müdafiə şirkəti “SOM-J” qanadlı raketinin yeni sınağını keçirib.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni sınaqdan keçirilən “SOM-J” raketi aşağı təzyiq şəraitində uçaraq yerüstü hədəfə dəqiq zərbə endirib.

“SOM-J” həm quruda, həm də dənizdə hədəfləri vurmaq üçün nəzərdə tutulub. Raket uçuş zamanı yenidən hədəfləmə, hədəfin yenilənməsi, zərbənin ləğvi və rabitənin səssizləşdirilməsi daxil olmaqla bir sıra əsas imkanlara malikdir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   raket   sınaq  



Xəbər lenti